Şagirdlərin gigiyenasına müntəzəm olaraq nəzarət olunur
Ümumtəhsil müəssisələrində şagirdlərin gigiyenası ən çox nəzarət olunan, diqqət yetirilən məqamlardan biridir. Saçları, məktəbli forması çirkli olan, eləcə də dırnaqları uzanan şagirdlər barədə onların valideynlərinə ciddi xəbərdarlıq edilməlidir. Təbii ki, əlini, üzünü yumadan dərsə gələn, dırnaqları infeksiya mənbəyi olan şagirdlər müxtəlif xəstəliklərin daşıyıcıları ola bilər. Şagirdlərin gigiyenası məsələsi müəllimin nəzarətindən kənarda qalmamalıdır.
Mövzu ilə əlaqədar olaraq 23 aprel 2019-cu il tarixində direktor əvəzi Seymur Yusibov və məktəbin tibb bacısı İradə Hacıyevanın təşəbbusu ilə siniflərə baxış keçirildi. Məqsəd gigiyena qaydalarının vacibliyinə şagirdlərin diqqətini cəlb etməkdir.