21 aprelin 2019-cu il tarixində məktəblilər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirildi.
21 aprelin 2019-cu il tarixində məktəblilər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.
“Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçirildi. Tədbirdə 231 nömrəli tam orta məktəbin şagirdləri də iştirak etdilər.