“Mütaliəni həyat tərzinə çevirək” adlı dəyirmi masa keçirildi

”Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” tədbirlər planına əsasən şagirdlərin mütaliəyə həvəsini artırmaq və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə 17 aprel 2019-cu il tarixdə "Mütaliəni həyat tərzinə çevirək" başlığı altında məktəbin kitabxanasında dəyirmi masa keçirildi. Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova,  məktəbin kitabxanaçısı Mirzəhra Bayramova, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əsədova, ibtidai sinif müəllimi Vüsalə Bayramova və IV sinif şagirdləri iştirak etdilər. Dəyirmi masada "Hansı kitabxanaların xidmətindən istifadə edirsiniz?", "Hansı mövzuda əsərləri daha çox oxuyursunuz?", "Məktəb kitabxanasının fəaliyyəti sizi qane edirmi?" mövzularında məktəblilər arasında keçirilən anket sorğuları əsasında hazırlanmış məruzələr təqdim olundu. Mövzular ətrafında həm müəllimlərin, həm də şagirdlərin çıxışları dinlənildi. Elektron kitablardan və resurslardan istifadə, kitablara ümumilikdə marağın daha da artırılması, kitabxana fondunun zənginləşdirilməsi və s. mövzular müzakirə edildi.  Müzakirələrdən sonra şagirdlər təkliflərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi