Pirallahı rayonunda keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi konfransda məktəbimizin şagirdi uğur qazandı
08 aprel 2019 cu il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və 231 nömrəli tam orta məktəbin direktor əvəzi Seymur Yusibovun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi konfrans keçirilmişdir. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli iştirak etmişlər.
Keçirilən müsabiqədə təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi və digər meyarlara xüsusi diqqət yetirilib. Konfransda 231 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əhmədzadə Nəzakət Elçin qızının “Azərbaycan mədəniyyəti XIX əsrin II yarısında” adlı məruzəsi uğur qazanaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşkil edəcəyi şəhər turuna göndərilmişdir.