Məktəbəqədər hazırlıq qrupunun kitabxanaya növbəti səyahəti

        Son dövrlərdə milli təhsilimizin inkişafına təsir edən amillərdən biri də tətbiq olunan yeniliklərdir. Məktəbəqədər yaş dövrü təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda uşaqlara bir çox dəyərlərin aşılandığı dövrdür. Çünki insanda təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə, onların zehninin erkən yaşlardan inkişaf etdirilməsi də vacibdir.

10 aprel 2019-cu il tarixində beşyaşlıların kitabxanaya növbəti səyahəti təşkil olundu. Kitabların sehrinə qapılan körpələr nağıllar aləminə səyahət etdilər. Nağıl qəhrəmanlarının şəkilləri, kitablardakı illüstrasiyalar onların maraq dünyasını zənginləşdirdi, oxumağa həvəslərini daha da artırdı. İbtidai sinif müəllimi Vüsalə Bayramova “Dovşanın evi” nağılını oxuyaraq kiçik yaşlı oxucuların kitabxanaya və kitaba olan maraqlarını daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi