“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükədir”

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövründə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil etmişdir.

28 mart 2019-cu il tarixində mövzu ilə əlaqədar olaraq  ətraflı çıxış edən direktor əvəzi Seymur Yusibov, tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova və tarix müəllimi Vüsalə Alyarova radikalizmin müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyildiyini vurğulayıblar. Bu kimi amillərin ayaq açıb yürüməməsi üçün dövlətimizin gücü və qüdrəti kifayət qədər olduğunu vurğulayan Seymur Yusibov onu da qeyd etdi ki, tarixən bir çox ölkələrdən fərqli olaraq Azərbaycan daim dini dözümlülük, dinlər və məzhəblərarası tolerantlıq nümunəsi kimi dünyada qabaqcıl dövlətlər sırasında yer alıb. Təbii ki, bu, ilk növbədə xalqımızın böyüklüyünün, qəlb genişliyinin sırf göstəricisi kimi qiymətləndirilə bildiyini nəzərə çatdırıb.

Sonda şagirdlərlə diskussiya şəklində söhbətlər aparılıb, onların sualları cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi