Milli-mənəvi dəyərlər milli ruhun, milli şüurun simvolu kimi

        27 mart 2019-cu il tarixində “Milli-mənəvi dəyərlər” mövzusunda məktəbin direktor əvəzi Seymur Yusibov, təşkilatçı Cəfərova Elza, tarix müəllimi Alyarova Vüsalə  X sinif şagirdləri ilə birgə maarifləndirici tədbir keçirilib.  Tədbirdə çıxış edən Vüsalə Alyarova gənclərin və məktəblilərin düzgün tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, bildirdi ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.

            Sonra məktəbin direktor əvəzi Seymur Yusibov çıxış edərək qeyd etdi ki, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır.

Seymur Yusibov çıxışında onu da qeyd etdi ki, Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunları qoruyub-saxlamış xalq isə daim müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın,  dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.

Tədbirin sonunda şagirdlərin milli-mənəvi dəyərlərlə bağlı verdikləri suallar cavablandırılıb.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi