“1 mart Beynəlxalq Mülki Müdafiə günü”

   

   Bu gün Beyəlxalq Mülki Müdafiə təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

       Məktəbimizdə “1 mart Beynəlxalq Mülki Müdafiə günü”nə həsr edilmiş tədbir keçirilmişdir.    

       Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün məktəbimizdə  hər il qeyd edilir.

      Müəllimlərin mülki müdafiə işinin təşkilini, onun məqsədini, əhəmiyyətini və fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri şagirdlərə və məktəbin digər işçilərinə çatdırmaları olduqca vacibdir. Belə olarsa,  məktəblərdə şagirdlər və müəllim heyəti xilasedicilər gələnə qədər öz təhlükəsizliklərini müstəqil təmin edə bilərlər.

        Sonda yanğından mühafizə üzrə təlimin videoçarxı nümayiş olunmuşdur.

https://my.mail.ru/mail/mekteb-231/video/_myvideo/5.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi