XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
Erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na geçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri amansız qətliamdan 25 il ötür. Bəşəriyyətə, insanlığa qarşı törədilmiş Xocalı soyqırımı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüşdür.
25 fevral tarixində bu faciə ilə əlaqədar məktəbimizdə keçirilən tədbirin aparıcıları doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşan soydaşlarımız haqqında söhbət açdılar.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad etdiklərini bildirdilər. Firuzə müəllimin yazdığı ssenariyə əsasən şagirdlərimizin iştirakı ilə kompozisiya nümayiş olundu.
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır şüarı ilə tədbir sona çatdı.