Yoxlama yazıların aparılması

        Şagirdlərdə yazı vərdişlərinin necə mənimsədiyini yoxlamaq məqsədilə 31 may 2018-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən imla yazı işi aparıldı.Yoxlama yazıların aparılmasında əsas məqsəd şagirdlərin hər hansı normanı, elmi, bədii materialı necə mənimsəmələrini üzə çıxarmaq olsa da, ümumiyyətlə, onların biliklərinin inkişaf etdirilməsinə, dünyagörüşlərinin, yazı mədəniyyətlərinin təkmilləşdirilməsinə müsbət təsir göstərir. Bu mənada, ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatdan həyata keçirilən bütün yazı növləri (öyrədici və yoxlama yazıları, sinif və ev tapşırıqları) bir məqsədə - şagirdlərin savad dərəcəsinin inkişaf etdirilməsinə xidmət edir. Bunları nəzərə alaraq hər bir müəllim kimi Vəsxanım müəllim də  çalışdı ki, dərs prosesində yazı növlərinin bünövrəsini təşkil edən sinif və ev tapşırıqlarının icrası daha səmərəli, effektli olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi