"Çiçəkli daş" pyesinin səhnələşdirilməsi

        Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə əsas 21 aprel 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulan "Oxu günü" tədbirimiz davam edir. 18 aprel 2018-ci il tarixdə ll-lll sinif şagirdlərinin iştirakı ilə Məmmədhüseyin Təhmasibin "Çicəkli daş" pyesinin səhnələşdirilməsi, video görüntülü tədbir keçirildi. Və sonra həmin əsərin motivləri əsasında çəkilmiş "Bir qalanın sirri" filiminə tamaşa etdilər. Tamaşa bitdikdən sonra lll sinif müəllimi Bayramova Vüsalə,Xəyalə Məmmədova çıxış edərək, əsərdə yürüdülən əsas fikir kitabların insan həyatında rolu, həyatda çətinliklərin öhdəsindən gələ bilmək üçün kitab oxumağın böyük əhəmiyyət daşıdığını qeyd etdi. Tədbirdə oxumağın vacib həyati əhəmiyyət uşaqların öz dili ilə izah olundu. Ana dili, Riyaziyyat, Həyat bilgisi kitabların oxumasan dilini bilməzsən, məni oxumasan həyatı anlamazsan məni oxumasan hesabı, bilməzsən deyə bir-birləri ilə deyişdilər. Sonunda bütün elmlərin açarı olan kitabları oxumağın əhəmiyyətini, göstərilən kiçik tamaşaya görə sevimli, istedadlı istər məktəb daxili, istər rayon üzrə keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə müavin Cəfərova Elza xüsusi təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi