31 mart Azərbaycanlıların Soyqırımı Günü

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 fevral 2018-ci il tarixli F-151nömrəli əmri ilə "1918-ci il azərbaycanlıların soyqırımının 100 -ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər planı"təsdiq edilmişdi.Tədbirlər planına əsasən31 Mart Soyqırım günü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər başlanmışdır. İlk tədbirimiz 28 mart 2018-ci il tarixdə V-Vlll siniflər arasında keçirilmiş "Dəyirmi stol" oldu. Tədbiri giriş sözü ilə ədəbiyyat müəllimi Ağayeva Ilhamə müəllimə açaraq şagirdlərimizə Soyqırım Günün tarixindən, ermənilərin millətimizə qarşı bəslədikləri kin və ədalətindən söhbət açdı. Daha sonra Hərbi rəhbər çıxış etdi ki, hər bir azərbaycanlı öz tarixini ,keçmişini dərin bilməli O ,düşmən hiyləsindən qorunmalıdır. Daha sonra Əsədova Vəsxanım,İsgəndərova Samirə, çıxış edərək fikirlərini bildirdilər. Şagirdlərimiz Soyqırım Günü, "Soyqırım" sözünün mənası haqqında suallar verdilər. Çıxışın sonunda təlim tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova tədbirdə iştirak etdiklərinə və ətraflı, dolğun məlumat verdiklərinə görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi