II sinifdə "Açıq dərs"
22 fevral tarixdə “26 Fevral – Xocalı soyqırımı” ilə əlaqədar II sinifdə açıq dərslər təşkil edilib. Dərsləri məhz “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr edilib. Sinif müəllimi Hacıyeva Xəyalə açıq dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verdi. Bundan başqa, dərs zamanı monitor vasitəsilə “Xocalı soyqırımı” ilə baglı videorolik təqdim olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər haqda bir daha məlumatlandılar.