"Xocalıların kədəri və ümidi"
21 fevral tarixdə VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Xocalıların kədəri və ümidi" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bəşəriyətə qarşı tarixi bir cinayətdir.
Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının və dünyanın bütün namuslu adamlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni faşistlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə yazılmalıdı