"Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir "

        14 fevral 2018-ci il tarixdə "Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir "mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cümşüd Ismayılov, Polis Şöbəsinin müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru, polis mayoru Bəhruz Musayev iştirak etdilər. Pirallahı Rayon Polis rəisi Cümşüd Ismayılov gənclərə narkomaniya və onun fəsadları ,zərərli vərdişlərdən insan orqanizmi üçün çox təhlükəli olduğunu bildirdi. Cümşüd Ismayılov müəllimlər və valideyinlər arasında tez-tez tərbiyəvi söhbətlər aparmalarını tövsiyyə etdi. Tədbirin sonunda Pirallahı Rayon Polis Şöbəsi tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlanın bütün dəhşətdəhşətlərini özündə əks etdirən video çarxı nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi