I yarımilin yekunları ilə bağlı valideyin iclası təşkil olundu.
Bu gün məktəbimizdə I yarımilin yekunları ilə bağlı valideyn iclası təşkil olundu. Iclasda II-XI sinfin valideynləri, sinif rəhbərləri və digər müəllimlər iştirak etdilər.Tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova iclası açıq elan edərək, bundan sonra hər ayın son həftəsinin cümə gününün məktəbimizdə açıq qapı günü olduğunu bildirdi. Məktəb, müəllim ,valideyin və şagird birliyindən aslı olaraq bundan sonra bütün təlim-tərbiyə işlərinin təşkil olacağını qeyd etdi. Məktəbli formasına , məktəbli kitabcasına, davamiyyəti zəif olan şagirdlərin valideyinlərinə xüsusi tapşırıqlar verildi . Valideyinlərin ürək sözləri dinlənildi.