Məktəb üzrə ümumi valideyn iclası keçirildi
02 oktyabr saat 11-00 da məktəb üzrə ümumi valideyn iclası keçirildi. Iclasda Həmkarlar Komitəsinin sədri, Hərbi rəhbər, Tarix müəllimi, məktəb psixoloqu,UBR,valideynlər iştirak edirdi.Gundəikdə duran 1-ci məsələ məktəb üzrə valideyn komitə sədri, muavinlər və katibin seçilməsi idi. Seçilmiş şəxslərin qarşısında duran vəzifələr muəyyənləsdirildi.Məktəb tədbirlərində yaxından iştirak etmək,şagirdlərin məktəbli forması, kitabçası ilə təminatını nəzarətdə saxlamaq,eyni zamanda nizam - intizam qaydalarına riayət etməsinə yaxından köməklik göstərilmələri tapşırıldı.İclasin sonunda valideynlərin irad və təklifləri dinlənildi.