"Yol hərəkəti qaydalarını tanıyaq" mövzusunda sinif saatı

Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər təşkil edilir. Bu məqsədlə ibtidai sinif müəllimi Vüsalə Bayramova II sinif şagirdləri ilə "Yol hərəkəti qaydalarını taniyaq" mövzusunda maarifləndirici söhbət apardı, yolda daha diqqətli olmalarını tövsiyə etdi, hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırdı. Sonda şagirdlər "Yol hərəkəti nişanları"na aid əl işləri təqdim etdilər, səhnəciklərlə çıxış etdilər.