Fizika - Kimya aylığına start verildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq, mart ayı fizika və kimya fənn aylığı elan olunmuşdur. Bu müddət ərzində şagirdlərin təbiət elmlərinə marağını artırmaq, onların bilik və bacarıqlarını nümayiş etdirmək məqsədilə müxtəlif tədbirlər təşkil ediləcək. Fənn aylığı çərçivəsində şagirdlərimizin elmi biliklərini daha da möhkəmləndirəcək və onların kimya və biologiya fənlərinə olan marağını artıracaq maraqlı laboratoriya təcrübələri, açıq dərslər, viktorinalar, əl işlərindən ibarət sərgilər, maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.