Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur

"2021-ci il oktyabnn 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azarbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir". Burada da xüsusi olaraq qeyd etmək lazımdır ki, 18 oktyabrda müstəqillik bərpa edilsədə, onu qoruyub saxlayan, onu möhkəmləndirən məhz ulu öndər Heydər Əliyev olmuşdur. Bu gün isə Ulu Öndərin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin möhkəm iradəsi, yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə dinamik inkişafın şahidi oluruq. Mövzuya uyğun olaraq 3-cü sinifdə 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar 18 oktyabr 2021-ci il tarixdə sinif saatı keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi