Məktəbin VIII sinif şagirdi Vəliyeva Nigar tərifnamə ilə təltif olunub
2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçirilib. 294 şagirdin qatıldığı müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaqdan ibarətdir. “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 6 məktəbli “Təşəkkürnamə”yə, 5 məktəbli isə "Tərifnamə"yə layiq görülüb. Müsabiqədə fərqlənən məktəbin VIII sinif şagirdi Vəliyeva Nigar fəal iştirakına görə tərifnamə ilə təltif olunub.