Psixoloji mühitin sağlamlığı
06 oktyabr 2021-ci il tarixində XI sinif şagirdləri ilə məktəbdə yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılması məqsədilə maarifləndirici söhbət aparıldı.Şagirdlərə bildirildi ki, məktəbdə yaradıcı və sağlam mühitin yaradılması əsas şərtlərdəndir. Belə mühitdə pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşır. Tədbirin keçirilməsində məqsəd şagirdləri yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişdirməyə çalışmaqdır.