Pedaqoji Şuranın ilk iclası keçirildi

             20 sentyabr 2021-ci il tarixində 2021-2022-ci dərs ilinin başlanması münasibətilə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasınkeçirilməsində əsas məqsəd yeni dərs ilində qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi olmuşdur.

            Pedaqoji Şuranın toplantısında direktor əvəzi Seymur Yusibovun məruzələri dinlənilib.

            İclasda 2020-2021-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər,pandemiya dövründə bütün şagirdlərin təlimə cəlb edilməsi üsullarının tətbiq edilməsi, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələlərin müzakirəsi olunmuşdur.

            Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi