2021-2022-ci dərs ilinin başlanması münasibətilə məktəbdə dezinfeksiya tədbirləri görülmüşdür
13 sentyabr 2021-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar Koronavirus (COVİD - 19) infeksiyasının yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, məqsədi ilə məktəbdətibbi-profilaktik və dezinfeksiya tədbirləri görülmüşdür. Şagirdlərin giriş və çıxış zamanı fiziki məsafənin təmin olunması üçün təhsil müəsisənin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnib. Həmçinin məktəbin girişi və çıxışı spirt tərkibli gigiyenik məhlullarla təmin edilib. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə və tapşırıqlarına uyğun olaraq məktəbdə sanitar-gigiyenik tədbirlər gücləndirilmişdir.Mütəmadi olaraq məktəbdə otaqların təmizlənməsi və dezinfeksiya edilməsi təmin ediləcək.