15 İyun Mİlli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən ulu öndər Heydər Əliyev dövlətimizin müstəqillik tarixinə adını qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndər Heydər Əliyev də yaşayacaq.  14 iyun 2021-ci il tarixində  mövzu ilə əlaqədar olaraq məktəbin həyətində tədbir keçirildi. Məktəbin direktor əvəzi Seymur Yusibov 15 iyun – Milli Qurtuluş Günü münasibətilə şagirdləri təbrik edərək, ictimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlərdə Ümummilli Liderin rolundan danışdı. O, çıxışında qeyd etdi ki, həlledici anlarda vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirildiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi