Fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirici tədbir keçirildi
04 iyun 2021-ci il tarixində II və IV sinifdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlığından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları və s. mövzularda biliklərin aşılanması olub. Sonda videoçarx nümayış olunub şagirdlərin sualları cavablandırılıb və təhlükəsizlik qaydaları ilə bağlı onlara tövsiyyələr verilib.