1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar siniflərdə tədbirlər keçirildi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

1 İyun dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Bu Ümumdünya Uşaqlar Günü isə 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə edilən bayram kimi qeyd edilib.  

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu il "Uşaq ili" elan olunmuşdu. Mövzu ilə əlaqədar olaraq 01.06.2021-ci il tarixində şagirdlərin iştirakı ilə karantin qaydalarına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi