X-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə aparılır
31 may 2021-ci il tarixində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq X-XI siniflərin əyani qiymətləndirmədə iştirak etməsi üçün məktəb üzrə qrafik hazırlanmış və şagirdlərin qiymətləndirilməsi aparılmışdır. Summativ qiymətləndirmə, fənni tədris edən müəllim tərəfindən əyani formada təşkil edilib. Qiymətləndirmə zamanı test, inşa, çalışma, yaradıcılıq, əl işləri, layihə kimi vasitələrdən istifadə edilib.
Qrafikə uyğun olaraq şagirdlərin qiymətləndirilməsi tədris ilinin sonuna kimi aparılacaqdır.