28 May – Respublika günü münasibətilə tədbir keçirilib

            28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edilmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 

1918-ci ilin mayından 70 il keçəndən sonar Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi,  şəhidlər verdi,  lakin yolundan dönmədi. 

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummillilider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bu danılmaz bir faktdır ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin liderliyi ilə getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaqdır. Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusunun  44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Azərbaycan dövlətinin  gücünü bir daha sübut etdi.

Xalqımızın bu şanlı tarixini şagirdlərə çatdırmaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Görülən işlərin davamı kimi 25 may 2021-ci il tarixində məktəbin foyesində və siniflərdə karantin qaydalarına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu barədə şagirdlərə ətraflı məlumat verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi