Azərbaycan Dövlət Pedaqoji Universitetinin mezunları ilə görüş keçirilib
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 17.04.2021-ci il tarixli, 2583 nömrəli Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur və bu münasibətlə təhsil ocağının yubileyi qeyd olunur.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır.
18 may 2021-ci il tarixində məktəbdə çalışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin mezunları ilə onlayn görüş keçirilib. Onlayn Görüşdə iştirak edən məzunlar tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini bölüşüb, keçmiş günləri xatırlayıb, tələbəlik illərindən çəkilmiş fotoşəkillərini nümayiş etdiriblər.