“Hər kitab bir xəzinədir” adlı onlayn tədbir keçirildi
Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. 23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. Bu tarix kitablara və müəlliflərə ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira və sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 16 aprel 2021-ci il tarixində VI-VIII sinif şagirdləri ilə onlayn tədbir keçirildi. Keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbir çərçivəsində bədii-elmi kitablar mövzusunda diskussiya aparıldı.