31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə onlayn tədbir keçirildi
29 mart 2021-ci il tarixində məktəbin V-VIII sinif şagirdləri ilə birgə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə mövzu ilə bağlı çıxış edən tarix müəllimi Vüsalə Alyarova qeyd edib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. O həmçinin soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.