Məktəbdə gigiyena qaydalarına əməl olunmasına ciddi riayət olunur
Ümumtəhsil müəssisələrində şagirdlərin gigiyenası vədərsliklərin saxlanma vəziyyətini yoxlamaq, COVİD-19 və digər virusların yayılmasının qarşısını almaq çox diqqət yetirilən məqamlardan biridir. Saçları, məktəbli forması çirkli olan, eləcə də dırnaqları uzanan şagirdlər barədə onların valideynlərinə ciddi xəbərdarlıq edilir.
Mövzu ilə əlaqədar olaraq 04 fevral 2021-ci il tarixində məktəbin təsərrüfat müdiri Şəfiqə Məmmədova və tibb bacısı İradə Hacıyevanın təşəbbüsü ilə siniflərə baxış keçirildi. Məqsəd gigiyena qaydalarının vacibliyinə şagirdlərin diqqətini cəlb etməkdir.