Əyani tədrisin mərhələli şəkildə bərpa olnunması məqsədilə dezinfeksiya tədbirləri görülmüşdür
Fevralın 1-dən əyani tədris mərhələli şəkildə bərpa olunacaq. Koronavirus (COVİD - 19) infeksiyasının yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, məqsədi ilə məktəbdə 29 yanvar 2021-ci il tarixində tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülmüşdür. Həmçinin təhsil şagirdlərin giriş və çıxış zamanı fiziki məsafənin təmin olunması üçün təhsil müəsisənin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnib. Həmçinin məktəbin girişi və çıxışı spirt tərkibli gigiyenik məhlullarla təmin edilib. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə və tapşırıqlarına uyğun olaraq məktəbdə sanitar-gigiyenik tədbirlər gücləndirilmişdir. Gün ərzində məktəblərdə otaqların təmizlənməsi və dezinfeksiya edilməsi təmin ediləcək.