2019-2020-ci tədris ilində məktəbi bitirən məzunlara attestatların verilməsi yekunlaşdırılmışdır

            2019-2020-ci tədris ilində 231 nömrəli tam orta məktəbdə ümumi orta təhsili səviyyəsini bitirmiş 15, tam orta təhsil səviyyəsini bitirmiş 16 şagird olmuşdur. Ona görə də ilk öncə ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş məzunlara dövlət nümunəli təhsil sənədinin – attestatların verilməsi üçün məktəbimizdə bütün işləryekunlaşdırılmışdır. Belə ki, iyulun 10-dan etibarən məktəbin IX sinif şagirdlərinə ümumi orta təhsil haqqında  attestat, XI sinif şagirdlərinə isə tam orta təhsil haqqında attestatlar paylanılıb.

Qeyd edək ki, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılıb. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında, həmcininmövcud karantin rejiminin tələblərinə uyğun olaraq  məzunlara təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi