28 May – Respublika günü münasibətilə tədbir keçirilib

            28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. 1918-ci ilmayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edilmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 

          1918-ci ilin mayından 70 il keçəndən sonar Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələbetdi. Bu yolda məhrumiyyətlərə düçar edildi,  şəhidlər verdi,  lakin yolundan dönmədi. 

          1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə və təndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummillilider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bu danılmaz bir faktdır ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan onun layiqli davamçısı ölkə başçısı cənab ilham Əliyevin liderliyi ilə getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaqdır.

          28 may 2020-ci il tarixində məktəbin müəllimləri onlayn qaydada şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu barədə şagirdlərə ətraflı məlumat verdilər. Şagirdlərdə öz növbələrində onlayn qaydada şeirlər söylədi və çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi