Mülki müdafiəyə həsr olunmuş nümunəvi dərs keçirildi
28 fevral 2020-ci il tarixində 2-ci sinifdə ibtidai sinif müəllimi Aygün Məmmədova “Fövqəladə hallar zamanı necə davranmalı” adlı nümunəvi dərs keçdi. Dərsdə məktəbin direktor əvəzi Seymur Yusibov, FHN-nin Bakı Regional Mərkəzinin nümayəndələri iştirak etdilər. Dərsin keçirilməsində məqsəd şagirdlər arasında mülki müdafiə biliklərinin təbliği, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.