Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş badminton turniri

02 May 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin, YAP Pirallahı rayon təşkilatının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müəllimlər arasında badminton turniri keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və ATİAHİ Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova və məktəb səlahiyyətlərini müvəqqəti idarə edən Seymur Yusubov iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Turnirin yekun nəticələrinə əsasən , N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin müəllimlərdən ibarət komandası yüksək oyun nümayiş etdirərək I yerə layiq görülüb. Məktəbin qalib müəllimləri kubok, diplom və medallarla təltif olunublar. Sonda xatirə şəkli çəkdirilib.