"Konstitusiya və Suverenlik ili" çərçivəsində maarifləndirici tədbir keçirildi

  2025-ci il – Konstitusiya və Suverenlik ili ilə bağlı N.S.Teymurov adına 231 nömrəli məktəbdə məlumatlandırma tədbiri keçirildi. 

Məktəbin akt zalında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı şagirdlər üçün maarifləndirici tədbir təşkil olundu.  Tədbir məktəbin tarix müəllimi Günay İsmayılova və UBTR Günel Cəbrayılova tərəfindən təşkil edilmişdir.Tədbirin məqsədi şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat vermək idi. Tədbirdə çıxış edən müəllimlər Konstitusiyanın qəbulunun 30 illiyi, onun vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində rolu, qanunun aliliyi prinsipləri və Azərbaycanın müstəqillik tarixi barədə danışdılar. Şagirdlər suverenliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin vacibliyi, Vətən müharibəsində əldə olunan qələbənin önəmi haqqında da məlumatlandırıldılar.

Daha sonra məktəbin şagirdlərinin "Azərbaycan Konstitusiyasının mahiyyəti və tarixi" , "Suverenlik anlayışı:keçmişdən bu günə", "Hüquqlarımız və vəzifələrimiz" mövzusunda qısa təqdimatları nümayiş olundu.

Bu cür tədbirlərin təşkili şagirdlərin hüquqi biliklərini artırmaq, onlarda vətənpərvərlik ruhunu gücləndirmək və dövlətçilik şüurunu inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Məktəbimiz Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi