“Mənim ana dilim mənim kimliyim” adlı dəyirmi masa keçirildi
“Beynəlxalq Ana dili Günü” ilə əlaqədar 21 fevral 2020-ci il tarixində Azərbaycan dili, ədəbiyyat müəllimləri Vəsxanım Əsədova və İlhamə Ağayevanın təşəbbüsü ilə V-IX sinif şagirdlərinin iştirakı ilə “Mənim ana dilim mənim kimliyim” başlığı altında məktəbin kitabxanasında dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə açan müəllim İlhamə Ağayeva “Beynəlxalq Ana Dili Günü”nün təsis olunma tarixindən, Azərbaycan dilinin zəgin dil olmasından söhbət açdı. Sonra məktəblilər mövzu ilə əlaqədar tərtib etdikləri divar qəzetlərini nümayiş etdirdilər. Ümumilikdə tədbir diskussiya şəraitində keçirildi.