Məktəbəhazırlıq qrupundakı şagirdlər sevindirildilər
İnsanlarda ilkin bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edilir. Təhsilimizin inkişafına təsir edən amillərdən biri də uşaqların məktəbəhazırlıq qruplarının yaradılmasıdır. Buna görə məktəbəqədər təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün məktəblərin maddi-texniki bazası kifayət qədər güclüdür və gündən-günə də inkişaf etdirilir. Görülən işlərin tərkib hissəsi olaraq 20 fevral 2020-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə məktəbəhazırlıq qrupundakı şagirdlərə rəngli karandaşlar, fırçalar, rəngli kağızlar, qayçılar, plastilinlər, şəkilli albomlar və s. paylandı. Göstərilən diqqət və qayğıya görə valideynlərin, şagirdlərin sevincinin həddi-hüdudu yox idi.