14 fevralın- Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirildi

14 fevral 2019-cu il tarixində məktəbin kitabxanasında “Beynəlxalq kitab bağışlama günü”ilə əlaqədar tədbir keçirilib.Bu tarix kitabsevərlər üçün ən gözəl bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir və insanları mütəmadi mütaliəyə motivasiya etmək dünya səviyyəsində mütaliənin gələcəyinə kömək etməyin ən gözəl yoludur.
Tədbirdə kitabxanaçı Mirzəhra Bayramova məktəbli oxucuları bu gün münasibətilə təbrik etmiş, kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmağın, ömür boyu oxuma sevgisini aşılamağın mümkünlüyünü vurğulayıb, şagirdlərin kitabxananın gələcəkdə ən fəal oxucuları olacaqlarına inandığını söyləyib.