Beynəlxalq Ana dili Gününə həsr olunmuş sinif saatı keçirildi

14 fevral 2020-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əsədovanın təşəbbüsü ilə IX sinifdə Beynəlxalq Ana dili Gününə həsr olunmuş sinif saatı keçirildi. Sinif saatında Vəsxanım Əsədova Ana dilimizin tarixən qədimliyindən, zənginliyindən bəhs edərək qeyd etdi ki, Ana dilimizin bu günə qədər keçdiyi yol heç də asan olmayıb, o dəfələrlə yadellilərin mənfur düşmənlərin təcavüzünə məruz qalıb, lakin heç vaxt məhv olmayıb. Həmçinin müəllim vurğuladı ki, bu gün də Ana dilimizə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı var. Sinif saatında şagirdlər Ana dilimizə həsr olunmuş şeirlər, aforizmlər, atalar sözləri söylədilər.