Xocalı faciəsinə dair dəyirmi masa keçirildi
06 fevral 2020-ci il tarixindən başlayaraq məktəbdə Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş divar qəzetlərinın hazırlanması ilə əlaqədar kitabxanada V-XI siniflər üzrə redaktorların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.Dəyirmi masada sinif redaktorları mövzu ilə əlaqədar hazırladıqları nümunələri müəllimlərə təqdim etmişlər.Həmçinin nümunələrə dair müzakirələr aparılmış və şagirdlərə lazımi tövsiyyələrverilmişdir. Divar qəzetlərinin hazırlanmasında məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq idi.