Pedaqoji Şuranın iclası keçirilib

      30 yanvar 2020-ci il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd görülən işlərə bir daha nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarət olub.

          Pedaqoji Şuranın toplantısında direktor əvəzi Seymur Yusibovun məruzələri, müəllimlərin hesabatları dinlənilib.

     İclasda 2019-2020-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş, məktəbin təmizliyi, növbətçilik, risk qrupuna daxil olan şagirdlərlə bağlı görülən işlərin daha da gücləndirilməsi, xüsusi hallar,  o cümlədən IX sinfin diaqnostik qiymətləndirməsinin və digər məsələlərin müzakirəsi olub.

    Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi