20 Yanvar Azərbaycan üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir

        1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

        17 yanvar 2020-ci il tarixdə 20 Yanvar faciəsinin 30-cu il dönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, şöbənin əməkdaşı Rauf Əliyev də iştirak edirdi. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Seymur Yusibov bildirdi ki, 20 Yanvar xalqımız üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O həmçinin qeyd etdi ki,  o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq həyatını təhlükə altına qoyaraq Moskvadakı Azərbaycan  nümayəndəliyinə gələrək SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   pisləmişdir. Məhz 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildi.

        Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azad Namazov çıxış edərək vurğuladı ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX  əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əli yalın, dinc, mülki əhali  kütləvi qətliama məruz qalmışdır. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha sübut etdi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə qəlmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

          Sonra tədbir bədii hissə ilə davam etdirildi. Şagirdlər 20  Yanvar faciəsi ilə bağlı şeirlər söylədilər, səhnəciklər göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi