Məktəbimizdə “Əyləncəli fizika” dərnəyi fəaliyyət göstərir.

    Məktəbdə 2019/2020-ci tədris ilində fizika müəllimi Könül Mahmudovanın rəhbərliyi ilə “Əyləncəli fizika” dərnəyi fəaliyyət göstərir. Növbəti dərnək məşğələsində dərnək üzvləri Könül Mahmudova ilə birgə planetlərin modellərindən istifadə edərək maraqlı təcrübələr apardılar. Dərnək rəhbəri qeyd etdi ki, Kainatın möhtəşəm böyüklüyü, onun ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır. Yer planeti, bildiyimiz kimi Günəş sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

            Dərnək rəhbəri Könül Mahmudova onu da şagirdlərin diqqətinə çatdırdı ki, təcrübə mövzunun daha mükəmməl mənimsənilməsinə, mövzunun mahiyyətinin açılmasına eləcədə şagirdlərin fənnə marağının artmasına zəmin yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi