31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi
29 dekabr 2019-cu il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin bütün sinifləri, müəllim kollektivi və valideynlər iştirak etdilər. Məktəbin direktor əvəzi Seymur Yusibov bütün məktəb heyətini və şagirdləri bu bayram münasibətilə təbrik edib, öz xoş arzularını bildirdi. O. Bildirdi ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən Seymur Yusibov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əmin olduğunu bildirdi. O vurğuladı ki, arxada qoyduğumuz ildə təhsil sahəsində əldə olunan uğurlar növbəti illərdə də davam etdiriləcəkdir və ölkə başçısının bu sahəyə ayırdığı diqqət bunu deməyə əsas verir.
Çıxışlardan sonra şagirdlərimizin ifasında səslənən şən mahnılar, məzəli səhnəciklər, oynaq rəqslər tədbir iştirakçılarına xoş təəsürat bağışladı.