Tarix fənnindən “Mannanın xarici siyasəti” mövzusunda nümunəvi dərs keçirildi

            27 dekabr 2019-cu il tarixdə tarix müəllimi Vüsalə Alyarovanın VI sinifdə Azərbaycan tarixi fənnindən “Mannanın xarici siyasəti” mövzusunda nümunəvi dərsi keçirilmişdir. Dərsdə elektron lövhənin imkanlarından istifadə olunmuşdur. Mövzuya dair şəkillər və sxemdən istifadə edilərək motivasiya qurulmuşdur. Tədqiqat materialı olaraq videoçarx nümayiş olunmuşdur. Uyğun olaraq Aza, Ullusunu, Rusa və II Sarqon qrupları təşkil olunmuşdur. Qrupların təqdimatından sonra sual-cavab təşkil olunmuşdur. Rollu oyunlar təlim metodundan istifadə olunaraq hökümdar Ullusunu və II Sarqonun dialoqu nümayiş olunmuşdur. Yaradıcı tətbiqetmə mərhələsində “Mən Ullusunu olsaydım...”söyləyən şagirdlər hadisələrə öz münasibətlərini bildirmişlər. Meyarlar əsasında qiymətləndirmə aparılmış, fəallıq nümayiş etdirən qruplar fəxri fərmanla təltif edilmişdir.

https://www.youtube.com/watch?v=rkPfhHoqfHA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi