Valideynlər üçün “Açıq qapı” günü təşkil olundu
Məktəbin inkişafı üçün valideyn-məktəb münasibətlərinin yüksələn xətlə inkişaf etməsi vacib amillərdən biridir. Buna görə də şagirdlərin dərsə davamiyyətinə, dərsdən yayınması kimi hallara qarşı mübarizə, o cümlədən şagird nailiyyətinin inkişaf etdirilməsində valideynin məktəbin həyatında iştirakı pedaqoji prosesə təsir göstərən ən effektli vasitədir. Buna görə də məktəblərdə “Açıq qapı” günlərinin keçirilməsi olduqca vacibdir.
20 dekabr 2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığına və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəbdə "Açıq qapı" günü təşkil olundu. “Açıq qapı” günündə valideynlərin fikirləri, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə rəyləri, təklifləri dinlənildi. Eyni zamanda valideynlər övladlarının dərslərində iştirak etdilər və səmərəli fikir mübadiləsi aparıldı.